Gənc qız diri-diri basdırıldı - - Həkim yanlış diaqnoz qoydu

genc-qiz-diri-diri-basdirildi-
Oxunma sayı: 4985


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hamilə olan 16 yaşlı Neysi Peres ölmüş zənn edilərək diri-diri basdırılıb. Belə ki, hamiləliyinin üçüncü ayında olan Peresin gecə sancıları olub və səhər yaxınları onu ağzı köpüklənmiş və şüursuz halda aşkar ediblər. 

Xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər və yaxınları yeni ailə quran Peresi gəlinliklə dəfn ediblər. 

Dəfndən bir gün sonra Peresin əri onun qəbrini ziyarət edəndə isə o, səslər eşitməyə başlayıb və kömək çağırmağa başlayıb. Qəbir açılsa da gecikiblər. Belə ki, gənc qız oksigen çatışmazlığından dünyasını dəyişib. 

Qohumlarının sözlərinə görə, Neysi qəbirdən çıxmağa çalışdığı üçün barmaqlarını qırmışdı, üstəlik onun bədəni hələ də isti idi və ürəyinin zəif döyüntüsü eşidilirdi. 

“Qafqazinfo”