“Qafqazinfo”nun məlumatına görə, qrupun solisti Mürşüd İsgəndərov qrupla birlikdə çıxış edərkən el şənliyində iştirak edən qonaqlardan biri istəmədən, ehtiyatsızlıq nəticəsində ifaçının üzərinə yıxlıb.
“Toyda istəmədən bu hal baş verdi. Elə mənim ifam zamanı bir ağsaqqal kişi üstümə yıxıldı. Toylarda adətən belə hallar baş verir, amma ilk dəfə idi ki, mənim başıma gəlirdi.Şükür Allaha heç bir pis hal baş vermədi və hamı sağ-salamatdı. "İstərəm" mahnısını ilk dəfə səsləndirirdik. Bu hadisədən belə nəticə çıxardıq ki, mahnı tutacaq və hitə çevriləcək. Mahnı haqqında daha ətraflı təqdimat mərasimində tanış olacaqsınız”-, deyə Mürşüd İsgəndərov bildirib.