“Gənc Reportyorlar Klubu”nun 3 yaşı tamam oldu

genc-reportyorlar-klubunun-3-yasi-tamam-oldu
Oxunma sayı: 633

Bunu, təşkilatın layihə rəhbəri və sədri Məmməd Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirdi. O dedi ki, bir neçə gün öncə təşkilatın üzvlərinin sayı 500-ə çatıb.

“Üzvləri tələbə jurnalistlərdən ibarət bu birliyin əsas prioritet hədəfi üzvlərinin sayından asılı olmayaraq daim dövlətçiliyin qorunması, sağlam mətbuatın formalaşması, doğru fikir müxtəlifliyinin tənzimlənməsi və mətbuat camiasında sağlam gələcəyin sağlam əsaslar üzərində yetişdirilməsində uğurlar qazanmaqdır. Bu istiqamətdə artıq bir xeyli yol qət etmişik, uğurlar qazanmışıq. Hər keçən gün kluba üzv olmaq üçün müraciətlər qəbul edirik. Düşünürəm ki, yaxın zamanlarda üzvlərimizin sayı 2000-3000-i ötəcək.” – təşkilat rəhbəri dedi.
Qeyd edək ki, “Gənc Reportyorlar Klubu” bu günə qədər 100-ə yaxın görüş keçirib, bir çox layihələrdə, seminarlarda, beynəlxalq simpoziumlarda həm də təşkilatçı kimi çıxış edib. Uzun müddətdir ki, fəaliyyətini dayandırmış Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tədris qəzeti də məhz bu klubun üzvlərinin təşəbbüsü ilə yenidən yayımına davam edib. Xüsusi ilə qeyd etmək lazımdır ki, “Gənc Reportyorlar”ın təsis etdiyi, mətbuat tarixində ilk müstəqil və genişmiqyaslı tələbə qəzeti olan “Student Times” statistik göstəricilərə görə ölkədə ən çox alınan 7 qəzetdən biridir.