Gənc Şairələrin Bakı Forumu keçirildi

genc-sairelerin-baki-forumu-kecirildi
Oxunma sayı: 652

Nizami adına Ədəbiyyat Muzeyində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı və  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Şairələrin Bakı Forumu” öz işinə başlayıb. 

“Qafqazinfo” Modern.az-a istinadən  xəbər verir ki, tədbirdə “Böyük İpək Yolu” BGT-nin sədri, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov,  Gənclər və İdman Nazirliyinin sektor müdiri  Fuad Babayev, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı,  Moldovanın Azərbaycandakı səfiri George Leuka, yazıçı  Günel Anarqızı, Təhsil Nazirliyi və Ədəbiyyat Muzeyinin səlahiyyətli şəxsləri çıxış ediblər.

Forumu giriş sözü ilə açan “Böyük İpək Yolu” BGT-nin baş katibi Aytən Əliyeva Forumun məqsədləri haqqında məlumat verib. Onun sözlərinə görə , 12 ölkədən Bakıya gələn gənc şairələr üçün bu tədbir dostluq və əməkdaşlıq bayramı olacaq.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, “Böyük İpək Yolu“ BGT-nin sədri Fuad Muradov qeyd edib ki, keçirilən bu forum mədəniyyətlərarası dialoqa bir  töhfədir.

Forumda muzeyin əməkdaşı Azərbaycan şairəsi Xurşudbanu Natəvan haqqında geniş məlumat verib.
Daha sonra iştirakçı ölkələrin nümayəndələri öz şeirlərini oxuyublar.