Gənc Tamaşaçılar Teatrı yol üstədir

genc-tamasacilar-teatri-yol-ustedir
Oxunma sayı: 686

Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, II Respublika Festivalında teatr Braziliya dramaturqu G. Fiqeyredonun “Ezop” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Əsas rollarda Əməkdar artistlər İlqar Cahangirov, Leyli Vəliyeva, Nofəl Vəliyev, aktyorlar Rövşən Abbasov, İradə Rəşidova və Vüsal Mehrəliyev çıxış edəcəklər.

Festivaldan sonra teatr növbəti məzuniyyət ərəfəsində – iyul ayının 4-dən yenə Dövlət Proqramı çərçivəsində bölgələrimizdə yaşayan əhalinin asudə və istirahət vaxtının səmərəli keçirilməsini təmin etmək üçün Göyçay, Yevlax və Mingəçevir bölgələrinə qastrol səfərinə yola düşəcək.

Kollektiv səfər zamanı bölgə tamaşaçılarına M. F. Axundovun “Sərgüzəşti vəziri- xani –Lənkəran” tamaşasını təqdim edəcək.
Tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov və başqaları ifa edəcəklər.

Nigar Məmmədli