Gənc xanəndələr Saray səhnəsində

genc-xanendeler-saray-sehnesinde-
Oxunma sayı: 711

Sarayın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, konsert xalq artisti, professor Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun birgə layihəsi əsasında gerçəkləşəcək.

Konsertdə gənc xanəndələrdən əməkdar artist Təyyar Bayramov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Arzu Əliyeva, Vüsalə Musayeva, Elnur Zeynalov, Elşad Aydınoğlu, Səbinə Ərəbli, Mirələm Mirələmov, Məmməd Nəcəfov, Şəmsəddin İbrahimov, Könül Tağıyeva, rizvan Həsənov, Mustafa Mustafayev, Günay İmamverdiyeva, Niyaməddin Babayev, Zabitə Alıyeva, Ələkbər Əkbərov, Tuqay İsmayılov, İlkin Əhmədov, Aytən Məhərrəmova, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynov, Elgiz Əliyev, Cabir Həsənov və Fizzə Mirzəyeva çıxış edəcəklər.

Konsertə biletlərin qiyməti 10-30 manat arasındadır.