Gəncə Avtomobil Zavodunun hesabat yığıncağı keçirilib

Gəncə Avtomobil Zavodunun hesabat yığıncağı keçirilib
Oxunma sayı: 1754

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin hesabat yığıncağı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, Belarusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Gennadi Axramoviç və zavod işçiləri iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncədə 2018-ci ildə də uşaq bağçaları, “Gəncəçay” park-bulvar kompleksinin sağ sahili, “Süni Mərmər və Qranit İstehsalı” ilə yanaşı “Kərpic” zavodu və başqa obyektlər tikilib, istifadəyə veriləcək.

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının yığımına başlanılacaq. Gələn ildən Türkiyədə Gəncə Avtomobil Zavodunun nümayəndiliyi açılacaq. Zavodun Gürcüstanda da nümayəndəliyi olduğunu bildirən millət vəkili xüsusi vurğulayıb ki, burada yığılan avtomobillər xarici ölkələrə ixrac ediləcək. 

Sonra Belarusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Gennadi Axramoviçə Gəncə - Qomel şəhərləri arasında qardaşlıq münasibətlərini inkişaf etdirilməsinə və Gəncə Avtomobil Zavodunun fəaliyyətinin genişləndirilməsinə verdiyi töhvəyə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının "Sertifikatı" təqdim olunub.

Sonda zavod işçilərinə Gəncə şəhərinin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının "Fəxri Fərman"ları təqdim edilib və xatirə şəkil çəkdirilib. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi