Gəncə-Bakı reysində dəyişiklik edildi

gence-baki-reysinde-deyisiklik-edildi
Oxunma sayı: 1722

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib.

“Qafqazinfo” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 25-də Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.

Qeyd edək ki, Qatar Gəncədən saat 18-00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq.