Gəncə daha bir beynəlxalq titula namizəddir

gence-daha-bir-beynelxalq-titula-namizeddir
Oxunma sayı: 1433

Gəncə Avropa Gənclər Paytaxtından sonra yenidən qitəmiqyaslı daha bir adı qazanmağa iddialıdır.

“Qafqazinfo” xəbər verir ki, Gəncə 2019-cu il Avropanın İdman Şəhəri tituluna namizədliyini irəli sürüb.

Avropa İdman Paytaxtı Assosiasiyasının (ACES) nümayəndələri apreldə şəhərə səfər edərək vəziyyətlə yerində tanış olacaqlar. Qonaqlara tələb olunan kriteriyalara cavab verəcək və görüləcək işlərlə bağlı proqram təqdim olunacaq.

Məlumat üçün bildirək ki, Avropanın İdman şəhəri adını qazanmaq yolunda Gəncədə böyük infrastruktur layihələr planlaşdırılıb. Görüləcək işlər arasında Gəncə Olimpiya İdman Kompleksi və Uşaq Gənclər İdman Şahmat Məktəbinin təmiri, həmçinin məhəllə meydançalarının salınması var.

Qeyd edək ki, idman şəhəri adı 2007-ci ildə ACES tərəfindən təsis olunub.