Gəncə gəncləri “Heydər zirvəsi”ndə

gence-gencleri-heyder-zirvesinde-
Oxunma sayı: 637

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən ümumrespublika yürüşündə Gəncə gncləri iştirak ediblər.

Birliyin sədri Nigar Ələsgərova birldirib ki, şaxtalı hava yürüş iştirakçılarına təhlükələr yaradıb: “Təşkilatçılar yürüşün 3300 metrlik hündürlükdə dayandırılmasını məsləhət görsələr də, mövcud şəraitə baxmayaraq gənclərin böyük əksəriyyəti dəniz səviyyəsindən 3751 m hündürlükdə yerləşən “Heydər Zirvəsi”nə yürüşü əzmkarlıqla davam etdirdilər. Bu gənclərin Müasir Azərbaycanın memarına olan məhəbbətin, dərin hörmətin təzahürüdür.”

Mayın 3-dən start götürən yürüşdə 400 nəfər iştirak edib. Yürüş 10 may 2013-cü il tarixində yekunlaşacaqdır.