Gəncə hadisələrinə görə daha 3 nəfər həbs edildi

gence-hadiselerine-gore-daha-3-nefer-hebs-edildi
Oxunma sayı: 6500

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib. 

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Əliyev Akif İsmayıl oğlu - 1966-cı ildə anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır. 

Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib. Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanmışdır.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar. 

İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcək.