Gəncə marafonu 17 km olacaq

gence-marafonu-17-km-olacaq
Oxunma sayı: 1723

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 17-də təşkil olunacaq “Gəncə Marafonu - 2017”də iştirak üçün artıq 1000-dən çox şəxs qeydiyyatdan  keçib. 

“Qafqazinfo” xəbər verir ki, “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında ilk dəfə keçiriləcək “Gəncə Marafonu - 2017”də qeydiyyat avqustun 14-dən başlayıb və sentyabrın 17-dək davam edəcək. 

“Gəncə Marafonu - 2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. 

Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.