Gəncə olaylarının fəal işti­rak­çısı ölkədən qaçarkən saxlanıldı

gence-olaylarinin-feal-istirakcisi-olkeden-qacarken-saxlanildi
Oxunma sayı: 6483

Gəncə hadisələrinə görə axtarışa verilən şəxs ölkədən çıxmaq istəyərkən saxlanılıb.

“Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, avqustun 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.

Murad Əhməd