Gəncə-Peterburq və Peterburq-Bakı aviareyslərində gecikmə yaranıb

gence-peterburq-ve-peterburq-baki-aviareyslerinde-gecikme-yaranib
Oxunma sayı: 1555

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-122 Gəncə (VKO) - Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq - Bakı reysi gecikir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, aviareysin gecikməsi hava gəmisinin texniki nasazlığı ilə əlaqədardır.

“Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq. Yaranan narahatlığa görə üzr istəyirik”, - deyə məlumatda vurğulanıb.