"Gəncə” REŞ-də son altı ayda əsaslı təmir işləri görülüb

gence-res-de-son-alti-ayda-esasli-temir-isleri-gorulub
Oxunma sayı: 645

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu müddət ərzində 78 transformator məntəqəsi və 83 ədəd transformator da əsaslı təmirdən çıxarılıb. Bununla yanaşı, 6-10 kV-lik EVX-də 39 kilometrlik hissədə, 04 kV-lik EVX-də 35 kilometrlik hissədə, 303 transformator məntəqəsində və 410 transformatorda cari təmir işləri həyata keçirilib.

Onu da qeyd edək ki, yüksək gərginlikli avadanlıqlarda da müvafiq cari və əsaslı təmirlər görülüb. 110 kV-lik transformatorun 9-da, xətt ayırıcısının 4-də, SİP ayırıcısının 5-də cari təmir aparılmaqla yanaşı, 110 kV-lik SİP ayırıcısının biri dəyişdirilib. Bununla bərabər, 110 kV-lik yağ açarlarının 5-də əsaslı, 9-da isə cari təmir aparılıb. Xüsusi sərfiyyat transformatorlarının 4-də isə cari təmir işləri görülüb. Analoji cari və əsaslı təmir işləri 35, 10-6 kV-lik avadanlıqlarda da həyata keçirilib.

Nigar Məmmədli