Gəncə sakini özünü bıçaqlayıb

gence-sakini-ozunu-bicaqlayib
Oxunma sayı: 960

Gəncə sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, təxminən 25-30 yaşlarında olan İlqar adlı şəxs qarının daxilə keçən bıçaq yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Dediyinə görə, o, özü özünü bıçaqlayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.