Gəncə şəhər Endokrinoloji xəstəxananın əsaslı təmirdən sonra açılışı olub

gence-seher-endokrinoloji-xestexananin-esasli-temirden-sonra-acilisi-olub
Oxunma sayı: 877

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Endokrinoloji xəstəxanada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Açılış mərasimində səhiyyə işçiləri, KİV və ictimaiyyət nümayəndələri iştirak edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün xəstəxanalar və poliklinikalar əsaslı təmir edilir, müasir avadanlıqlarla təchiz olunur. Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, İnfeksion Xəstəliklər Xəstəxanası, 6 saylı şəhər Poliklinikası, Stomatoloji Poliklinikanın əsaslı təmir olunduqlarını xatırladan Elmar Vəliyev bu işlərin müntəzəm olaraq davam edəcəyini vurğulayıb.

Endokrinoloji xəstəxanaya baxış keçirildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev burada yaradılan şəraiti yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyələrini verib.

Bildirək ki, il ərzində xəstəxanaya Gəncə şəhərindən və ətraf rayonlardan 400-dək xəstə daxil olur, 40-dək cərrahi əməliyyat aparılır.