Gəncə şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrıldı

gence-seher-icra-hakimiyyetine-10-milyon-manat-ayrildi
Oxunma sayı: 4992

Prezident İlham Əliyev Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat ayrılıb.