Gəncə Tibb Kolleci əsaslı təmir olunub

gence-tibb-kolleci-esasli-temir-olunub
Oxunma sayı: 3095

"Azərbaycanın Dövlət Müstəqilliyi Günü"ndə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, Tibb Kollecinin müəllim və tələbələri Gəncə Tibb Kollecində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev bildirib ki, dərs otaqları və kabinetlər yeni əyani dərs vasitələri ilə təchiz edilib. Əsas korpusun birinci mərtəbəsində kollec tələbələrinin müasir biliklərə yiyələnməsi üçün kitabxana fəaliyyətə başlayıb. 

Tanışlıqdan sonra Tibb Kollecinin iclas zalında görüş keçirilib. Tədbirdə Gəncə Tibb Kollecinin dünənini və bu gününü özündə əks etdirən videoçarx nümayiş edilib.

İcra başçısı Elmar Vəliyev çıxışında Gəncə Tibb Kollecində tələbələrin yüksək təhsil alması üçün əsaslı təmir işləri aparılaraq yüksək keyfiyyətli şərait yaradıldığını vurğulayıb.

Tədbirdə kolleecin müəllimləri və tələbələri də çıxış edib.