Gəncədə 15 yaşlı gəncin başını kəsdilər

gencede-15-yasli-gencin-basini-kesdiler-
Oxunma sayı: 1978


Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Elçin Elşən oğlu boğaz nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. E. Məmmədov dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. 15 yaşlı gənci öldürən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.  

 Qeyd edək ki, hadisə iyulun 13-də saat 22 radələrində Gəncənin Fikrət Əmirov adına istirahət parkında baş verib.