Gəncədə 17 yaşlı qız itkin düşdü

gencede-17-yasli-qiz-itkin-dusdu
Oxunma sayı: 1656

Gəncədə yeniyetmə qız itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Ələkbər Seyfi küçəsində baş verib.

Həmin küçədə yaşayan Nağıyev Arzu Bayram oğlu Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, 2001-ci il təvəllüdlü Nağıyeva Günay İsrafil qızı noyabrın 16-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.