Gəncədə 2 maşın toqquşdu, yaralılar var - Fotolar

gencede-2-masin-toqqusdu-yaralilar-var
Oxunma sayı: 1626

Gəncədə iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə-Göygöl yolunun başlanğıcında qeydə alınıb. 

“Ford Transit” markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli