Gəncədə 24 yaşlı ruhi xəstə itkin düşüb

gencede-24-yasli-ruhi-xeste-itkin-dusub
Oxunma sayı: 671

Gəncədə ruhi xəstə itkin düşüb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində baş verib.

Həmin ünvanda yaşayan 1995-ci il təvəllüdlü, ruhi xəstə Məmmədova Günay Səbuhi qızı aprelin 12-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.