Gəncədə 30 yaşlı kişi bıçaqlandı

gencede-30-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 1370

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Məhsəti qəsbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Əliyev Zaur Nizami oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan şəxsin vəziyyəti orta ağırdır. 

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı araşdırılır.

Elmar Əli