Gəncədə 32 yaşlı qadını maşın vurdu

gencede-32-yasli-qadini-masin-vurdu
Oxunma sayı: 2261

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhər sakini 1987-ci il təvəllüdlü Xodos İrina Nikalayevna Atatürk prospektində yolu keçən zaman avtomobil onu vurub. Xəsarət alan qadın hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli