Gəncədə 45 yaşlı kişi bıçaqlandı

gencede-45-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 847

Gəncədə bıçaqlanma olub.

"Qafqazinfo"nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Həmin küçədə yaşayan 1973-cü il təvəllüdlü Bağırov Yaşar İsa oğlu mübahisə zəminində boyun nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.