Gəncədə 67 yaşlı qadın yanaraq öldü

gencede-67-yasli-qadin-yanaraq-oldu
Oxunma sayı: 825


“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 21 radələrində şəhərin Dədə Qorqud küçəsi bina 30 mənzil 35-də baş verib. Məlumata görə, mənzildə yanğın baş verməsi barədə idarəyə məlumat daxil olub. Dərhal yanğınsöndürənlər hadisə yerinə yollanıb. Alovun qarşısı alınsa da, mənzildən 1947-ci il təvəllüdlü İsmayılzadə Maral Yusif qızının meyiti aşkarlanıb. Gəncə şəhər Prokurorluğunun və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır. İlkin məlumata görə, qadın qətlə yetirilib, sonra isə mənzili yandırılıb.