Gəncədə “8 Mart” konserti olub

Gəncədə “8 Mart” konserti olub
Oxunma sayı: 816

“8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə və “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bayram tədbiri Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının iştirakçıları və bu münasibətlə ölkəmizə gələn Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər dövlətlərdən olan nümayəndələr iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 8 mart “ Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün xanımları təbrik edib. Qadınlara can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. 

Çıxışlardan sonra Gəncə şəhərinin ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları Müslüm Maqomayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev, Emin Sabitoğlu, Oktay Kazımi, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Vaqif Gərəyzadə kimi görkəmli bəstəkarların əsərləri, eləcə də xalq mahnıları və təsniflər səsləndirilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi