Gəncədə avtomobil piyadanı vurub

gencede-avtomobil-piyadani-vurub
Oxunma sayı: 797

Gəncədə avtomobil piyadanı vurub.
 

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Yeni Gəncə qəsəbəsindən Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb.
 
Yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Oqtay Həsənov hərəkətdə olan “Opel” markalı avtomobil tərəfindən vurulub. Sürücü xəsarət alan şəxsi dərhal xəstəxanaya çatdırıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.