Gəncədə avtomobillər toqquşdu - Sürücü yaralandı

gencede-avtomobiller-toqqusdu
Oxunma sayı: 1091

Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində (Şəmkir avtovağzalının qarşısı) “Mercedes” və “QAZel” markalı iki avtomobil toqquşub. Nəticədə “Mercedes”in sürücüsü 1994-cü il təvəllüdlü Quluzadə Şəfa İsmət oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildiirlir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

 Elmar Əli