Gəncədə azyaşlını maşın vurub

gencede-azyaslini-masin-vurub
Oxunma sayı: 1025

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhər sakini 2009-cu il təvəllüdlü Renat Namazov yolu keçən zaman onu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli