Gəncədə beynəlxalq konfrans keçirilir

gencede-beynelxalq-konfrans-kecirilir
Oxunma sayı: 2137

Gəncə şəhər İcra Hakimiyyəti ilə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə H.Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Konfransda Heydər Əliyev haqqında qısametrajlı film nümayiş olunub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında H.Əliyevin dövlət və ordu quruculuğunda gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Konfransda daha sonra Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, GDU-nun prorektoru, millət vəkili Pərvin Kərimzadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, Moskva Dövlət Universitetinin professoru Andrey Şevelkov, Bakı Dövlət Universitetinin professoru Eldar Məsimov və Gəncə Dövlət Universitetinin professoru Vaqif  Novruzov çıxışlar ediblər.

Elmi konfarans plenar məruzələr şəkilində davam edib. Alimlər 2 gün ərzində 5 istiqamətdə 17 bölmə üzrə 700 - ə qədər məruzə ilə çıxış edəcəklər. Konfransda Rusiya, Ukrayna, Belarusiya, Gürcüstan, Türkiyədən nümayəndələr iştirak edirlər.