Gəncədə bıçaqlanma

gencede-bicaqlanma
Oxunma sayı: 1158

Gəncədə bıçaqlanma olub. 

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədzadə İdris Mübariz oğlu qarının daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, İ. Məmmədzadə şəhərdə olan ticarət mərkəzlərinin birində mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.