Gəncədə bir gündə 3 piyada vuruldu

gencede-bir-gunde-3-piyada-vuruldu
Oxunma sayı: 909

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisələrdən biri şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Samux rayon sakini, 2000-ci il təvəllüdlü Camalova Şəbnəm Hidayət qızı yolu keçən zaman hərəkətdə olan “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Digər hadisə isə şəhərin Tağı Arani küçəsində olub. Şəhər sakini, 1966-cı il təvəllüdlü Məmmədov Etibar Həbib oğlu yolu keçərkən “VAZ” markalı avtomobillə vurulub.

Şəhər sakini, 2001-ci il təvəllüdlü Namazov Nicat Mahmud oğlunu isə avtomobil şəhərin üçüncü mikrorayonunda vurub.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Hər üç fakt üzrə hüquq- mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Elmar Əli