Gəncədə Bülbülün 120 ilik yubileyi qeyd edilib

gencede-bulbulun-120-ilik-yubileyi-qeyd-edilib
Oxunma sayı: 1203

Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə həsr olunmuş “Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi”nin qalibləri F.Əmirov Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış ediblər.

“Qafqazinfo” xəbər verir ki, gecədə həmçinin Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, habelə Azər Zeynalov, Təyyar Bayramov, Arzu Əliyeva, Səbuhi İbayev kimi tanınmış musiqiçilərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirilib.

Bunlarla yanaşı Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoq və musiqişünas-alim, ictimai xadim, SSR Xalq artisti, Dövlət mükafatları laureatı, professor  Bülbülün lent yazıları da təqdim edilib.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da Gəncə Dövət Filarmoniyasının səhnəsində çıxış edib edib. O öz və vaxtı ilə atasının repertuarına daxil olan mahnıları səsləndirib.