Gəncədə Cümhuriyyətin yubileyi qeyd olundu

gencede-cumhuriyyetin-yubileyi-qeyd-olundu
Oxunma sayı: 1546

Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir. Ölkə başçısının bu təşəbbüsü və qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Hicran Hüseynova ölkə başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb. 

Tarix elmləri doktoru Dilarə Seyidzadə 100 il bundan əvvəl müsəlman Şərqində demokratik cümhuriyyətin qurulduğu, özü də ilk dəfə məhz Azərbaycan xalqı tərəfindən yaradıldığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, İstanbul və Yedditəpə universitetlərinin professoru İbrahim Yıldırım və digərləri mövzu ilə bağlı çıxış ediblər. 

Beynəlxalq elmi-praktik konfransda “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar” adlı  film nümayiş etdirilib.