Gəncədə Dəmiryol vağzalında yanğın olub - Yenilənib

gencede-demiryol-vagzalinda-yangin-olub
Oxunma sayı: 1160

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xətdə dayanmış 2 vaqonda yanğın olması barədə məlumat daxil olub.

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Gəncə şəhərinin Kəpəz rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryol vağzalının ərazisində, ehtiyat yolda dayanan hər birinin sahəsi 12 m² olan istismara yararsız 2 ədəd vaqonun yanar hissələri və içərisinə yığılan taxta və məişət tullantıları yanıb. Yaxınlıqda dayanan vaqonlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.