Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib

Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib
Oxunma sayı: 695

Mayın 19-u Gəncədə “LİBRAFF” kitab mağazasının təşkilatçılığı ilə keçirilən imza günündə tədqiqatçı-jurnalist Dilqəm Əhmədin qələmindən çıxan “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitabları şəhər ictimaiyyətinə, oxuculara təqdim edilib. İmza günündə, həmçinin müəllifin Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı uzun illər ərzində apardığı araşdırmalar zamanı topladığı orijinal materiallar, nadir foto şəkillər və sənədlər sərgilənib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu, Azərbaycan Yazışılar Birliyinin Gəncə şöbəsinin, Cümhuriyyət muzeyinin əməkdaşları, şəhər ictimaiyyəti, ali məktəblərin müəllim və tələbə heyəti , KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “LİBRAFF” kitab mağazaları şəbəkəsinin piar və marketinq direktoru Ülviyyə Allahverdiyeva bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü olduğunu, bu münasibətlə də tədbirlər planı hazırlandığını bildirib. Natiq Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin 4 il ərzində Türkiyədə bu dövrə aid topladığı materiallar - fotolar, sənədlər “TEAS PRESS” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çap olunub. Müəllifin “Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib.

Əsərdə Məhəmməd Əmin Rəsulzadənin nadir fotoşəkilləri və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əmin

Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru Paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib. D.Əhməd 19 may tarixinin həm də Azərbaycanın böyük fikir adamı Əhməd bəy Ağaoğlunun anım günü olduğunu bildirərək şəxsi kolleksiyasında olan materiallar əsasında yeni kitab hazırladığını bildirdi.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi