Gəncədə Eduard Şevardnadzenin xatirəsi anılıb

gencede-eduard-sevardnadzenin-xatiresi-anilib
Oxunma sayı: 753


“Qafqazinfo” xəbər verir ki, anım mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, şəhər ictimaiyətinin nümayəndələri və konsulluğun məsul şəxsləri iştirak edib.
Görkəmli şəxsiyyətin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Gürcüstanın Gəncədəki Baş konsulluğunun matəm kitabına Mikayıl Zeynalov və Naqif Həmzəyev Eduard Şevardnadze ilə bağlı ürək sözlərini yazıblar.

Qeyd edək ki, Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nin birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifələrində çalşıb. 1995-2003-cü illərdə Gürcüstan Respublikasının Prezidenti olub. 7 iyul 2014-cü ildə ürək catışmazlığından vəfat edib.