Gəncədə əmi qardaşı qızının evindən oğurluq edib

gencede-emi-qardasi-qizinin-evinden-ogurluq-edib
Oxunma sayı: 1684

Mayın 17-də Gəncə sakininin evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
 
DİN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat istintaq tədbirləri həyata keçirib.
 
Müəyyən olunub ki, şəhər sakininin evindən oğurluq edən keçmiş gəlinin əmisi 1973-cu il təvəllüdlü Göygöl rayonunda anadan olmuş Nofəl Məhərrəmovdur. Hazırda saxlanılan N. Məhərrəmov Rusiya Federasiyasında 6 il azadlıqdan məhrum edilib.
 
Faktla bağlı araşdırma davam etdirilir.