Gəncədə ev, Cəlilabadda isə obyekt yanıb

gencede-ev-celilabadda-ise-obyekt-yanib
Oxunma sayı: 656

Gəncə və Cəlilabadda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 45 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Cəlilabad şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan obyektin 1-ci mərtəbəsinin tavanı 35 kv.m sahədə yanıb. Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb