Gəncədə evdə partlayış, 14 yaşlı oğlan yaralandı

gencede-evde-partlayis-14-yasli-oglan-yaralandi
Oxunma sayı: 1090

Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən xxəbərinə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.  
 
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.