Gəncədə evdən 150 minlik oğurluq etdilər

gencede-evden-150-minlik-ogurluq-etdiler
Oxunma sayı: 1548

Gəncədə külli miqdarda oğurluq edən şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, 2017-ci ilin yanvarında Gəncə ərazisindəki evlərin birindən 115 700 manat pul və 30 000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Cinayətdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Əflaki saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.