Gəncədə evdən 31 minlik qızıl əşyaları oğurlanıb

gencede-evden-31-minlik-qizil-esyalari-ogurlanib
Oxunma sayı: 920

Gəncə şəhərində evlərin birindən seyfdən qapını sındırmaq yolu ilə 31 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Məhərrəmov və M.Məhərrəmova saxlanılıb. Oğurlanmış qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.  Faktla bağlı cinayət işi başlanılıb.