Gəncədə güclü yanğın

gencede-guclu-yangin
Oxunma sayı: 665

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, şəhərdə ayrı-ayrı vətəndaşlara məxsus ev və obyektlər yanıb.

Bir dam altında yerləşən ümumi sahəsi 30 kv.m olan ərzaq dükanının lambirdən ibarət tavanı 30 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan birmərtəbəli dördotaqlı evin 2 otağının yanar konstruksiyaları ev əşayaları ilə birlikdə 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan kafenin lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 78 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan parça mağazasının lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və ümumi sahəsi 60 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə yanıb (ümumi 312 kv.m sahədə).

Bitişik evlər və obyektlər yanğından mühafizə olunub. Qeyd edək ki, yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.