Gəncədə hərbi şəhərcikdə ev yanır

gencede-herbi-sehercikde-ev-yanir
Oxunma sayı: 792


“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindənAPA-nın qərb bürosuna verilən məlumata görə yanğın saat 02.20 radələrində başlayıb. İdarədən bildiriblər ki, hərbi şəhərcikdə taxtadan olan ev yanır və alovun başqa tikililərə keçmə ehtimalı yüksəkdir. Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb edilib. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.