Gəncədə iki “Mercedes” toqquşdu - Yaralılar var

gencede-iki-mercedes-toqqusdu
Oxunma sayı: 1214

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində üç nəfər- 1993-cü il təvəllüdlü Urfan Mahmudov, 1986-cı il təvəllüdlü Mirzəli Niyazov və 1997-ci il təvəllüdlü Elgün Məmmədov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Qəza zamanı avtomobildə sıxılmış halda qalmış xəsarət alanlardan birini əraziyə cəlb edilən FHN-nin xilasedicəli çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli