Gəncədə iki yeraltı keçid açıldı

gencede-iki-yeralti-kecid-acildi
Oxunma sayı: 2040

Gəncədə 2 yeraltı keçidin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib.

E. Vəliyev tədbirdə çıxış edib, prezident İlham Əliyevin 10 noyabr tarixində Gəncəyə səfəri zamanı 10-a yaxın açılışın baş tutduğunu xatırladıb. O, şəhərdə hal-hazırda icra olunann layihələr haqqında danışıb.

Çıxışlardan sonra keçidlərin açılışı bildirən rəmzi qırmızı lent kəsilib.

Keçid Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin və həmçinin Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində avtomobillərin və vətəndaşların təhlükəsiz hərəkətini təmin edəcək.