Gəncədə İlham Əliyev üçün imzatoplama kampaniyasına başlanılıb Fotolar - Fotolar

Gəncədə İlham Əliyev üçün imzatoplama kampaniyasına başlanılıb Fotolar
Oxunma sayı: 1152

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib.

“Qafqazinfo” xəbər verir ki, seçki prosesi ilə əlaqədar olaraq YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində 25 nəfər tərkibdə Seçki Qərargahı yaradılıb.

Fevralın 16-dan etibarən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına başlanılıb.

YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib ki, öncə imzatoplayan fəallara treninq keçirilib, imza toplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib. YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində bu gündən start verilən imzatoplama kompaniyası uğurla həyata keçirilir və seçicilər böyük fəallıq nümayiş etdirirlər.

Qeyd edək ki, Gəncə şəhəri üzrə 4 Seçki Dairəsi fəaliyyət göstərir. 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsi üzrə seçicilərin sayı 32 874, məntəqələrin sayı 24, 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsi üzrə seçicilərin sayı 33 721 nəfər, məntəqələrin sayı 24, 39 saylı Kəpəz rayon Birinci (Gəncə) Seçki Dairəsi üzrə seçicilərin sayı 38 842 , məntəqələrin sayı isə 29, 40 saylı Kəpəz İkinci(Gəncə) Seçki Dairəsi üzrə seçicilərin sayı 42 070 nəfər, məntəqələrin sayı isə 30-dur.

Dairələr üzrə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsi üzrə 350 imza,  38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsi üzrə 450 imza, 39 saylı Kəpəz rayon Birinci (Gəncə) Seçki Dairəsi üzrə 550 imza, 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsi üzrə isə 400 imza toplanacaq.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi