Gəncədə ilin I rübünün yekunları ilə bağlı hesabat yığıncağı

Gəncədə ilin I rübünün yekunları ilə bağlı hesabat yığıncağı
Oxunma sayı: 786

Gəncədə 2018-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, iclasda ilin ilk 3 ayının statistik göstəricilərinə nəzər salınıb, həyata keçirilməsi nəzərdə tutulan məsələlər müzakirə edilib. Gəncə şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi hesabat yığıncağında icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, hesabat dövründə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb. 

Şəhərdə ictimai-siyasi sabitlik olmaqla, dinamik makroiqtisadi göstəricilər əldə edilib.

Şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 2018-ci ilin yanvar-mart aylarında 236,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 19,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Gəncə şəhərində istehsal olunan sənaye məhsulunun 46,1 faizi respublika daxilində, 53,9 faizi Rusiya, Türkiyə, Ukrayna, Belarusiya, Gürcüstan və digər ölkələrə ixrac edilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi